Məktəbliləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub: 15 şagird yaralandı

01:12 - 8 Dekabr 2021 - HADİSƏ

Türkiyənin Diyarbəkir vilayətinin Çınar rayonunda məktəbliləri daşıyan mikroavtobus ilə ağır tonnajlı yük maşını toqquşub.

Ucnoqta.az xəbər verir ki, Ovabağ məhəlləsində baş verən yol-nəqliyyat hadisəsində mikroavtobus zərbədən aşıb.

Hadisə nəticəsində əksəriyyəti şagird olmaqla 15 nəfər yaralanıb.

Qəza yerində yaralılara ilkin tibbi yardım göstərilib və hamısı xəstəxanaya yerləşdirilib.///axar.az

Xəbər xətti