Bakıda gənc oğlanı avtomobil vurub

00:13 - 8 Dekabr 2021 - HADİSƏ

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Qəhrəmanov Həsən Rauf oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı müştərək travma və sağ sirkə kasasının yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xəbər xətti