Moskvanın üç hava limanında 50-dən çox reys təxirə salınıb.
Hava şəraitinə görə "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv olunub.
Qeyd edək ki, bir müddət əvvəl sinoptiklər Moskvada güclü qar yağacağını proqnozlaşdırıb. Rekord miqdarda yağıntı barədə xəbərdarlıq edilib.///qafqazinfo