Ucnoqta.az
www.ucnoqta.az

Moskva aeroportlarında 50-dən çox reys təxirə salındı

22:26 - 7 Dekabr 2021 tarixində dərc olunub.

Moskvanın üç hava limanında 50-dən çox reys təxirə salınıb.

Hava şəraitinə görə "Vnukovo", "Domodedovo" və "Şeremetyevo" hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv olunub.

Qeyd edək ki, bir müddət əvvəl sinoptiklər Moskvada güclü qar yağacağını proqnozlaşdırıb. Rekord miqdarda yağıntı barədə xəbərdarlıq edilib.///qafqazinfo

Müəllif: