Bakıda mənzildə 66 yaşlı qadının meyiti tapılıb

19:59 - 7 Dekabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü İsmayılova Gülizar Sadiq qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti