AMEA-nın professoru koronavirusdan vəfat edib.
Bu barədə Oxu.Az-a Akademiyanın Dilçilik İnstitutunun əməkdaşlarından biri məlumat verib.
Bildirilib ki, Nəsimi adına Dilçilik İnstitutu Toponimika sektorunun müdiri, Milli Məclisin Toponimiya Komissiyasının üzvü, tanınmış alim, professor Qara Məşədiyev bu gün COVID-19 infeksiyasından dünyasını dəyişib.