Mingəçevirdə iki qadını maşın vurdu

01:30 - 6 Dekabr 2021 - HADİSƏ

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin "Qələbə” meydanında qeydə alınıb. Belə ki, yolu keçən iki qadını maşın vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki qadın xəstəxanaya yerləşdirilib. Zərərçəkənlər yaxın qohumlardır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti