Lənkəranda avtomobil piyadanı vurub öldürüb

11:25 - 5 Dekabr 2021 - HADİSƏ

Lənkəran sakinini avtomobil vurub.

Rayonun Sütəmurdov kəndində dünən gecə saatlarında Aşağı Nüvədi qəsəbə sakini Mirhakim Nəcəfzadəni "Mercedes" markalı avtomobil vurub.

Nəticədə piyada dünyasını dəyişib və meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti