Şəmkirdə avtomobil aşıb, sürücü ölüb

20:30 - 4 Dekabr 2021 - HADİSƏ

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. 

Hadisə rayonun Çənlibel kəndində qeydə alınıb.

Hərəkətdə olan “Changan” markalı minik avtomobili idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü Eşqin Abbasov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti