Bərdədə 8 kq narkotiklə tutulan şəxsə hökm oxunub

17:07 - 4 Dekabr 2021 - Xəbər

Gəncə Ağır Cinayətlər Məhkəməsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Nail Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonuncu keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Bərdə rayon Otuzikilər kənd sakini, 56 yaşlı, əvvəllər məhkum olunmuş Nail Qasımov yaşadığı kənd ərazisində saxlanılaraq şöbəyə gətirilib.

Şöbədə onun üzərinə baxış keçirilən zaman 2 ədəd kağız bükümlərdə ümumi çəkisi 14,97 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Qasımova məxsus “VAZ-21013” markalı avtomobilin yük yerindən 3 ədəd sellofan torbada ümumi çəkisi 7 kiloqram 900 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.///report

Xəbər xətti