Suraxanıda üçmərtəbəli ev yanıb

10:04 - 4 Dekabr 2021 - HADİSƏ

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan üçmərtəbəli mansarda tipli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə və mansardasının yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xəbər xətti