Bakıda yaşayış binasında yanğın olub

17:35 - 3 Dekabr 2021 - HADİSƏ

Bakı şəhərinin Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 58 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə və qismən taxtadan ibarət pəncərə çərçivəsi yanıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 1 nəfər xilas və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

 

Xəbər xətti