“2022-ci ilin icmal büdcəsinə dəyişiklik edilib”.
“Report”un xəbərinə görə, bunu gələn ilin büdcəsinin göstəricilərini təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, deputatların gələn ilin dövlət büdcəsi ilə bağlı bəzi təklifləri nəzərə alınıb.
T.Mirkişilinin sözlərinə görə, deputatlar bu dəyişikliklərlə tanış ola bilərlər.