Ağstafada məktəblilər arasında bıçaqlanma olub

09:50 - 3 Dekabr 2021 - HADİSƏ

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə qeydə alınıb.

2010-cu il təvəllüdlü Bayramov Orxan Habil oğlu döş qəfəsinin bıçaqlanması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məktəbli dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

O, məktəbdə 5-ci sinif şagirdi olan Əli adlı şəxs tərəfindən bıçaqlandığını deyib. Məlumata görə, hadisə dərs vaxtı olub.

Faktla bağlı araşdırmalara başlanıb.

 

Xəbər xətti