"Təhsil proqramları tələblərə cavab verməlidir" - Nazir

"Distant təhsil pandemiyadan sonra bizə qalan azsaylı müsbət miraslardan biri olacaq. Məqsəd təhsili distant etmək yox, distant təhsillə nələrəsə nail olmaqdır".

Ucnoqta.az xəbər verir ki, bunu UNEC İqtisadi Forumunda "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, hibrid modellər mütləq olmalıdır, amma bunun necə olması olduqca vacibdir. Nazir eyni zamanda deyib ki, təhsil proqramları modern, müasir olmalıdır və tələblərə cavab verməlidir:

"Azərbaycan ali təhsil sisteminə yeni mövzuları gətirməliyik. Niyə bizə tədqiqat yoxdur? Bunun səbəblərindən biri odur ki, tədqiqatın bir faydası, dəyər zəncirində öz yeri olmalıdır. Daha sonra tədqiqat nəticəsinin yeni tədqiqata keçməsinə, sənayeləşməsinə baxılmalıdır. Çalışmalıyıq ki, elmimiz və ali təhsil müəssisələrimiz dünyaya açılsın. Bizim tədqiqatlar qərara qədər bir neçə təsdiq mərhələsindən keçsin".///apa

Tarix
2 Dekabr 2021 [12:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-12-02 12:34:26
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin