Saatlıda 16 yaşlı qız dəm qazından boğularaq ölüb

09:42 - 2 Dekabr 2021 - HADİSƏ

Saatlı rayonunda dəm qazından ölüm hadisəsi baş verib.

Hadisə dekabrın 1-də qeydə alınıb.

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Aytac İsmayılova yaşadığı evin hamam otağında çimərkən su qızdırıcının dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.///report

Xəbər xətti