Tofiq Yaqublu xəstəxanaya aparıldı

22:54 - 1 Dekabr 2021 - HADİSƏ

Tofiq Yaqublu xəstəxanaya aparılıb.

Bu barədə onun qızı Nigar Həzi məlumat paylaşıb.

O bildirib ki, təcili tibbi yardım vasitəsilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına gedirlər.

Qeyd edək ki, bu gün Bakıda keçirilən icazəsiz aksiya zamanı Tofiq Yaqubluya polis tərəfindən xəsarət yetirildiyi bildirilib.

Məsələ barədə DİN də məlumat yayıb. Qeyd edilib ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

"Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq".///qafqazinfo

Xəbər xətti