Ucarda 72 yaşlı kişi "KamAz"ın altında qalaraq öldü

17:30 - 1 Dekabr 2021 - HADİSƏ

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonunun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu "KamAz" markalı yük maşını yolu keçən piyada, Kürdəmir rayon sakini, 1949-cı il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının deməsinə görə, B.Dəmirov Kürdəmirdən Ucara yas mərasiminə gedib. Hadisədə 72 yaşlı qoca evə qayıdarkən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Xəbər xətti