İngiltərənin "Börnli" klubunun baş məşqçisi Şon Dayç futbolçuları cərimələmək üçün maraqlı üsul tapıb.
Bu barədə komandanın yarımmüdafiəçisi Duayt Maknil açıqlama verib.
Onun sözlərinə görə, oyunçular ad günlərində komanda yoldaşlarına tort verməsələr, cərimələnəcəklər:
"Bizim pəhrizlə məşğul olan mütəxəssislərimiz var. Hər gün çəkimizi və bədənimizdəki yağ səviyyəsini ölçürük. Buna görə hamının forması qaydasındadır. Amma kiminsə doğum günü olanda vəziyyət dəyişir. Həmin şəxs komanda yoldaşlarına tort gətirməsə, cərimələnir".
Qeyd edək ki, "Börnli" Premyer Liqada 12 turdan sonra 9 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.///Unikal