Sabirabadda azyaşlı su kanalına düşüb

18:50 - 30 Noyabr 2021 - HADİSƏ

Sabirabadda azyaşlı su kanalına düşüb.

APA-nın məlumatına görə, hadisə rayonun Dadaşbəyli kəndində qeydə alınıb. Belə ki, valideyn nəzarətindən yayınan 2 yaşlı Hacılı Onur Orxan oğlu su kanalına düşüb. Uşaq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti