Kürdəmirdə usta tikinti zamanı yıxılaraq öldü

17:34 - 30 Noyabr 2021 - HADİSƏ

Kürdəmirdə usta tikinti zamanı yıxılaraq ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Beləki, rayonun Şıxımlı kənd sakini 58 yaşlı Məmmədov Namiq Əmirəhmət oğlu tikinti zamanı ehtiyatsızlıqdan ylxılıb.

Ağır bədən xəsarətləri alan N.Məmmədov ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb. O xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti