Xaçmazda yük avtomobili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, hadisı Xaçmaz şəhərində, yanacaqdoldurma məntəqəsinin ərazisində qeydə alınıb. “DAF” markalı qoşqulu yük avtomobilinin yanar hissələri və qismən qoşqusu yanıb.
Yanğın zamanı sürücü müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Qoşqunun qalan hissəsi və yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.