Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Birinci Şıxlı kəndində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Orxan Vəliyevi avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report