Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb

09:09 - 29 Noyabr 2021 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti