Bakıda 34 yaşlı qadın dəm qazından zəhərlənib
01:33 - 28 Noyabr 2021 - HADİSƏ
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində yaşadığı evdə dəm qazından zəhərlənən 1987-ci il təvəllüdlü Əhmədova Sevinc Mehman qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.