Bakıda 18 yaşlı qız özünü binadan atıb

16:01 - 27 Noyabr 2021 - HADİSƏ

Bakıda 18 yaşlı qız intihar edib.

Ucnoqta.az xəbər verir ki, hadisə bu gün Yasamal rayonunda "Qələbə residence" binalarında qeydə alınıb.

Orada yaşayan 2003-cü il təvəllüdlü Fidan Nəftəliyeva özünü binadan ataraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, F. Nəftəliyevanın intihar etməsi faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.///apa

Xəbər xətti