Britaniyalı alimlər kosmosdan çəkilən fotonun izi ilə Salyana gəldilər - FOTO

15:00 - 27 Noyabr 2021 - ÖLKƏ İÇİ

Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Oksford Universitetinin nümayəndələri – professor Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Salyan rayonu ərazisində olan tektonik qırılmalar sahəsinə səfər ediblər.

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində britaniyalı qonaqlar tektonik qırılmalar sahəsi ilə yaxından tanış olublar.

Qeyd edək ki, bu qırılmalar Oksford Universitetinin əməkdaşları tərəfindən İNSAR texnologiyalarından istifadə etməklə kosmosdan çəkilmiş şəkillər əsasında apardıqları tədqiqatlar zamanı əldə olunub.


Xəbər xətti