Sabirabadda 21 yaşlı gənc intihar edib

08:44 - 27 Noyabr 2021 - HADİSƏ

Sabirabad rayonunda intihar hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Bulaqlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü İmanov Rəhim İbrahim oğlu yaşadığı evin həyətində yarımtikilidə özünü asaraq intihar edib. Hadisənin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti