Bakıda arvadını bıçaqlayan şəxsə 14 il həbs cəzası verildi

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, H. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H. Məmmədov arvadına qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqla zərbələr vurub.

Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

H. Məmmədov tutularaq istintaqa təhvil verilib.///Apa

Tarix
25 Noyabr 2021 [17:28]
Müəllif
Üç nöqtə
2021-11-25 17:28:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin