Ana və azyaşlı övladı dəm qazından boğuldu

Bərdədə ana və azyaşlı övladı dəm qazından boğularaq ölüb.

Hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 3 yaşlı Əliyev Tunar Vüsal oğlunun yaşadıqları evdə meyitləri aşkarlanıb.

Qonşularının APA-ya verdiyi məlumata görə, gecə saatlarında Ayşənin həyat yoldaşı Vüsal Əliyev evə gəlib qapını döysə də, açan olmayıb. Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Qapı sındırılıb, içəri daxil olanda qadının və övladının öldüyünü görüblər.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, ana və övladı hamam otağında quraşdırılan qızdırıcıdan ayrılan dəm qazından zəhərlənərək ölüblər.///trend

 

Tarix
25 Noyabr 2021 [17:20]
Müəllif
Üç nöqtə
2021-11-25 17:20:45
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin