Yol qəzasında ölən polisin FOTOSU

10:45 - 24 Noyabr 2021 - HADİSƏ

Gəncə şəhərində yol qəzasında dünyasını dəyişən polis serjantı Renat Əliyev pauerliftinq idman növü üzrə dəfələrlə Azərbaycan çempionu, bir sıra yarışların mükafatçısı olub.

Ucnoqta.az xəbər verir ki, o, Mühafizə polisində işləyib. Məlumat üçün bildirək ki, bir neçə saat bundan öncə Müseyib Bağırov küçəsində "Fiat" markalı avtomobilin mağazaya çırpılması zamanı baş verən qəzada dünyasını dəyişən R.Əliyevlə yanaşı digər polis əməkdaşı Emin Əliyev yaralanıb.///baku.ws


Xəbər xətti