Bir polis öldü, digəri yaralandı - Gəncədəki qəza ilə bağlı rəsmi məlumat

09:40 - 24 Noyabr 2021 - HADİSƏ

Daxili İşlər Nazirliyi Gəncədə polis əməkdaşının qəzada ölməsi faktı ilə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu gün – noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regioal Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.

Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə BPİ-də araşdırma aparılır.

 

Xəbər xətti