Hacıqabul sakinini avtomobil vuraraq öldürüb

21:10 - 23 Noyabr 2021 - HADİSƏ

Bakı-Qazax magistralında ölümlə nəticələnən qəza baş verib.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində baş verib.
Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Bürcəliyev Amin Ələddin oğlunun idarə etdiyi "Mercedes" markalı 90 MD 987 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayılov Ramil Kamal oğlunu vuraraq öldürüb.

Faktla bağlı DYP tərəfindən araşdırma aparılır.///apa

Xəbər xətti