Bakı-Qazax yolunda iki maşın toqquşub - FOTO

18:18 - 23 Noyabr 2021 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun, rayonun Qovlar şəhəri hissəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətda olan "VAZ 2104" markalı və "Kia Serento" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində Tovuz "Aqrokimya" MMC-ə məxsus "VAZ- 2104" markalı avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti