Şamaxıda satıcı sahibkarın 9 min manatını mənimsədi

11:32 - 23 Noyabr 2021 - HADİSƏ

Şamaxı şəhər sakininə qarşı dələduzluq edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Ucnoqta.az-a bildirilib ki, Şamaxıda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan İsayev Rəvan Robert oğlu rayon prokurorluğuna müraciət edərək ona məxsus mağazada satıcı işləmiş şəxs tərəfindən 9 min manat məbləğində pul vəsaitinin mənimsənilməsini göstərib.

Müraciət üzrə araşdırma aparılaraq Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparııb.

İstintaq zamanı təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödətdirilməsi təmin edilib.

Xəbər xətti