Gəncədə gənc qadın dəm qazından zəhərlənib

01:16 - 23 Noyabr 2021 - HADİSƏ

Gəncədə zəhərlənmə faktı qeydə alınıb. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. 1990-cı il təvəllüdlü İsmayılova Lalə zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib. Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadın yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qeyd edək ki, 2 gün bundan əvvəl Gəncədə bir ailədən 7 nəfər dəm qazından zəhərlənmişdi.

Xəbər xətti