"Azərişığ"ın işçisi Laçında minaya düşdü

20:50 - 22 Noyabr 2021 - HADİSƏ

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

Hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti