Tovuzda Türkiyə vətəndaşının idarə etdiyi TIR qəzaya düşdü - FOTO

18:46 - 22 Noyabr 2021 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobilinin Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan, Türkiyə vətəndaşı Şəmistan Yılmaza məxsus dəmir konstruksiya daşıyan TIR aşıb. 

İlkin məlumata görə, sürücü yüngül xəsarət alıb, avtomobil isə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti