Azərbaycanlı aktrisanın hərəkətini təkrarlayanlar 750 min lirə cərimələnəcək

18:53 - 22 Noyabr 2021 - MAQAZİN

Türkiyədə yaşayan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadənin ötən mövsüm “Yasak elma” serialının çəkilişlərini yarımçıq qoymasından sonra istehsalçı şirkət yeni mövsümdə xüsusi tədbir görüb.

Belə ki, artıq bu mövsümdən seriala çəkilən aktyorların müqaviləsinə yeni bənd əlavə edilib. Maddəyə əsasən aktyorlar hər hansı bir xəstəxanadan verilən arayışla sübut edilə biləcək xəstəlik, ana və ya atasının, həyat yoldaşının, qardaş-bacısının, övladının vəfatı və ya məhkəmə orqanlarına məcburi çağırış kimi hallar olmadığı halda çəkiliş meydançasını tərk edərsə sözügedən vəziyyət əsasında protokol tərtib olunacaq. Belə olan halda aktyorlar çəkiliş meydançasını tərk etdikləri hər gün üçün 10 bölümlük məvacibləri miqdarında cərimələnəcək.

Bundan əlavə aktyorlar işə zərər verə biləcək bütün müqavilə şərtlərinin pozulması ilə bağlı ümumilikdə 750 min lirə (təxminən 114 min manat) cərimələnəcək.///oxu.az

Xəbər xətti