Sabirabadda doğuş zamanı körpə ölümü baş verib
14:20 - 22 Noyabr 2021 - HADİSƏ
Sabirabadda Doğum evində doğuş zamanı körpə ölümü qeydə alınıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Doğum evində Saatlı rayonunun Mircəlal kənd sakini, 1995-ci il təvəllüdlü Qaçayeva Dürdanə Muxtar qızı doğuş zamanı körpəsini itirib.
Faktla bağlı araşdırma aparılır.