Putinin stolunun üstündəki “gizli düymə” nə üçündür? - AÇIQLAMA - VİDEO

Rusiya prezidenti Vladimir Putinin qəbulundakı stolun üzərində yerləşən “gizli düymə”nin məqsədi məlum olub.

Ucnoqta.az xəbər verir ki, "Rossiya 1" telekanalının efirində düymənin ona köməkçi çağırmaq üçün lazım olduğu bildirilib.
“Televiziya operatorları çıxır, növbəti masa uzun danışıqlara hazırlaşır. Prezidentin masasında xüsusi düymə var: köməkçi lazım olanda və ya çay gətirmək üçün”, - efir zamanı qeyd ediblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, dövlət başçısının xüsusi rabitə telefonu var. Bu, xüsusən də bu və ya digər məmuru çağırmaq üçün lazımdır.
Peskov aydınlaşdırıb ki, onların arasında “hökumət rəhbərləri, şöbə müdirləri, administrasiya rəhbərləri və bir çox başqa abunəçilər” var.

“Prezident sərəncamında olan bütün rabitə vasitələrindən çox fəal şəkildə istifadə edir”, - dövlət başçısının nümayndəsi əlavə edib.


///lent.az

Tarix
21 Noyabr 2021 [19:12]
Müəllif
Üç nöqtə
2021-11-21 19:12:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin