Polis bu qızı axtarır - Foto

11:11 - 21 Noyabr 2021 - HADİSƏ

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da günorta saatlarında rayon ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib.

Bu barədə Ucnoqta.az-a DİN Mətbuat xidmətindən bildirilib. Məlumata görə, boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Xəbər xətti