Bakıda 20 yaşlı gənc oğlanı avtomobil vurub

00:32 - 21 Noyabr 2021 - HADİSƏ

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Əhmədov İlkin Vuqar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.///report

Xəbər xətti