Göyçayda zəncirvari qəza olub, ölən və xəsarət alan var

18:17 - 20 Noyabr 2021 - HADİSƏ

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə bu gün saat 17:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107", "VAZ-2106" və "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Xəbər xətti