ABŞ-da hərbi təyyarələr toqquşub, ölən var

08:19 - 20 Noyabr 2021 - HADİSƏ

ABŞ-ın Texas ştatındakı Laflin Hərbi Hava Qüvvələri bazasında iki "T-38C Talon" təlim təyyarəsinin iştirakı ilə baş verən qəzada bir pilot həlak olub, ikisi müxtəlif dərəcədə ağır yaralanıb. Hadisə yerli vaxtala səhər saat 10 radələrində baş verib. Hərbçilərin məlumatına görə, xəsarət alan pilotlardan birinə tibb məntəqəsində yardım göstərilib və evə buraxılıb, digəri isə ağır vəziyyətdə tibbi aviasiya tərəfindən xəstəxanaya aparılıb. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır. Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti