Biləsuvarda “VAZ-2107” “Shacman”a çırpıldı, yaralılar var

00:27 - 20 Noyabr 2021 - HADİSƏ

Biləsuvar rayonunda yol qəzası hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, rayonun Əsgərabad kəndində “VAZ-2107” markalı minik avtomobili “Shacman” markalı yük avtomobilinə çırpılıb.
Minik avtomobilinin sürücüsü və sərnişinləri - Adıyev Alxaz Aslan oğlu, Əhmədov Elmir Nəriman oğlu və Hüseynov Ramiz Səftər oğlu xəsarət alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti