Qazaxda 31 yaşlı qadın dəm qazından zəhərlənib
22:01 - 19 Noyabr 2021 - HADİSƏ
Qazaxda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə hadisə rayonun Kosalar kəndində baş verib. 1991-ci il təvəllüdlü Yusibova Gülnarə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.