Bakıda nazirliyin binasında tüstülənmə olub

19:10 - 19 Noyabr 2021 - HADİSƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.
"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb", - məlumatda qeyd olunub.

Xəbər xətti