Sumqayıtda evakuator piyadanı vuraraq öldürüb

14:50 - 19 Noyabr 2021 - HADİSƏ

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunda qeydə alınıb. Belə ki, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivinin sakini, 1995-ci il təvəllüdlü Kazımov Rauf Vaqif oğlunu evakuator vurub. 26 yaşlı gənc aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti