Bakıda partlayış olub, bir nəfər ölüb - FOTO

13:02 - 19 Noyabr 2021 - HADİSƏ

Bakıda partlayış baş verib.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Usta kondisionerə qaz vurarkən partlayış olub, usta hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti